Riyaziyyat fənni üzrə fənn kurikulumuna əsaslanan İKT-nin tətbiqi ilə qurulan dərs
Fazilova İlahə
Riyaziyyat – İnformatika müəllimi,
«Mədəd Azərbaycan»-ın təlimçisi.
Hər
dövrün özünəməxsus, dəyişkən
xüsusiyyətləri içərisində xüsusi
yer tutan və gələcək nəslin
yetişdirlilməsinə xidmət edən – öyrənmə bacarıqlarının üzə çıxarılması və inkişafı, öyrənmə vasitələrinin
hər dövrün tələbinə
uyğun və çeşidli olması, öyrənmə üsullarının
konstruktiv istiqamətlənməsi, fəal təlimin
mexanizmlərini özündə ehtiva etdirən
öyrənmə mühitinin yaradılması
həmin dövr üçün ən ümdə məsələlərdən biridir.
Bizim yaşadığımız müasir
dövr də müasir
həyatda həm insana,
həm də onun
bilik, bacarıq və
düşünmə tərzinə öz tələblərini qoyur.
XXI əsr sürətlə inkişaf
edən kompyuter texnologiyaları əsridir.
Həyatın bütün sahələrində tətbiq olunan və gündəlik yaşamın
tərkib hissələrindən birinə çevrilən kompyuter
texnologiyaları XXI əsrin əsas xüsusiyyətlərindən biri kimi təhsilin
inkişafına da öz təsirini hiss
etdirməkdədir. Azərbaycan təhsili
də daima inkişaf edir
və müasir dövrdə
texnologiyanın geniş imkanlarından
istifadə edən və bol
informasiya mühiti ilə əhatə olunan
bugünkü şagirdin diqqətini təlimə
cəlb etmək, marağını təmin
etmək üçün texnologiyanın tədris
alətinə çevrilməsi və təlim prosesində
istifadəsi qaçılmaz fakt
kimi qarsimizda durur.
Şagirdlərin maraq dairələrini
nəzərə alaraq İKT-dən
müasir dərslərdə tətbiq
etməklə şagirdlərdə həvəs və
maraq yaratmaq mümkündür.
Bunun üçün dərsliklər,
təlimdə istifadə olunan əlavə
resurslar şagirdlərə bilik
əldə etmək üçün
vasitə yox, biliyin
əldə olunması yolunda
istiqamət verən, öyrənmə
bacarığı və vərdişləri
aşılayan səpkidə olmalıdır. Lakin
vaxt keçdikcə daha yeni informasiya-kommunikasiya texnologiyaları
yaranır, inkişaf edir, mükəmməlləşir. Təbii ki, məktəb bütün bu
proseslərdən kənarda qala bilməz. Artıq məktəbin gündəlik praktik həyatında
interaktiv avadanlıqlar, elektron lövhələr tətbiq olunmaqdadır ki, bu da qısa
müddət ərzində təlim-tədris prosesinin ayrılmaz hissəsinə çevrilib.
Təhsil
sistemində baş verən bu dəyişikliklər, İKT-nin sürətli inkişafı bütün fənlərin
tədrisinə ənənəvi yanaşmanı dəyişmişdir və fənlərin tədrisi metodikası artiq
yeni mərhələyə qədəm basmışdır. Riyaziyyat fənninin əsas məqsədlərindən biri fənni
müasir informasiya cəmiyyətinin tələblərinə uyğun tədris etməkdir. Riyaziyyat fənnini
tədris edən müəllim - qarşısında duran vəzifələri yerinə yetirməsi, fənin məqsədiniə
nail olması və nəinki bu günün, hətta sabahın da tələblərinə cavab verən şəxsiyyət
formalaşdırması üçün hər günün
planlaşdırmasını düzgün qurmalıdır. Mövzuya uyğun düzgün seçilmiş təlim
üsulları, iş formaları və tənqidi, məntiqi, yaradıcı təfəkkürün inkişafına yönəldilmiş
iş vərəqləri şagirdlərin təlim nəticələrinə daha tez çatmalarına imkan
yaradacaq. Bu məqsədlə də Riyaziyyat fənnindən şagirdləri İKT ilə interaktiv
işləməyə sövq edən,
öyrənmək, anlamaq və yaratmaq imkanı verən vasitə olan Elektron yazı lövhəsi – MİMİO-da hazırladığım interaktiv
tapşırıqlardan ibarət, Müasir Kurikulumla tədrisə uyğun dərs nümunəsini təqdim
edirəm.
Unutmayaq
ki, təhsil millətin və dövlətin gücünün göstəricisidir.
Çoxluq anlayışı. Sonlu və sonsuz çoxluqlar. Boş çoxluq
Standart: 1.1.4. Iki sonlu çoxluğun
birləşməsini və kəsişməsini tapır
Dərsin
məqsədi:
·
Çoxluq
anlayışını şərh edir.
·
Müxtəlif
elementi olan çoxluqlara aid aləmdən nümunələr göstərir.
·
boş çoxluğun tərifini verir,
·
istənilən
çoxluğun alt çoxluğunu müəyyənləşdirir
·
sonlu və
sonsuz çoxluqları nümunələrlə fərqləndirir.
·
Iki çoxluğun
kəsişmə və birləşməsini tapır.
İnteqrasiya: H.b-1.1.1.
İş
forması: Böyük qruplarla iş, kiçik qruplarla iş
Üsullar: Beyin həmləsi,
müzakirə, Venn diaqramı
Resurslar
və təchizat:
Riyaziyyat 5-ci sinif dərsliyi,
kompyuterlər, mimio lövhə
Dərsin mərhələləri

-Hansı şəkilləri görürsünüz?
-Hər bir şəkilə necə adlandırardınız?
-Bəs bütün bu adlandırdığınız ilxı, meşə,
uşaqlar anlayışlarını ümumilikdə necə
adlandırmaq olar?
Şagirdlərin cavablarını dinlədikdən sonra mövzunun
adını elan edirəm və tədqiqat sualını verirəm.
Tədqiqat
sualı:
Çoxluq nədir? Çoxluqlar
üzərində hansı əməlləri yerinə yetirmək olar?
Tədqiqatın
aparılması: Şagirdləri
saymaqla qruplara ayırıram. Şagirdlərə tapşırıram ki, “dairəvi formada düzülün,
ardıcıllıqla 1-dən 4-ə kimi sayın, saydığınız rəqəmləri yaddaşınızda saxlayın.”
Sonra eyni rəqəmlər düşmüş şagirdləri
bir qrupa yığmaqla 4 qrupa ayırıram. Sonra
hər qrupa kompyuter arxasında əyləşərək əvvəlcədən hazırladığım elektron mənbədən
istifadə etməklə “Çoxluqlar və onlar üzərində əməllər” mövzusunda araşdırma
aparmağı tapşırıram.
Sonra həmin araşdırmaya əsasən qruplara elektron
tapşırıqlar verirəm.
I qrup
1. A çoxluğuna
daxil olan elementləri müəyyənləşdirin. Düzgün saydığınız cavabın altından xətt
çəkin.
II qrup
|
|
1. Venn
diaqramında ədədləri uyğun yerlərdə yerləşdirin.
2.
Tapşırığı
yerinə yetirin.

III qrup
1 1. Müxtəlif
elementlərdən uyğun çoxluqları düzəldin.
2 2. Tapşırığı
yerinə yetirin.
IV qrup
1. Mümkün
ikirəqəmli ədədlər çoxluğunu yazın.
2. Tapşırığı
yerinə yetirin.

Məlumat
mübadiləsi:
Hər qrup öz işini təqdim edir, qruplar bir-birlərinin
işlərinə münasibət bildirirlər.
Nəticələrin çıxarılması: Elektron
lövhədə tədqiqat sualını əhatə edən tapşırıq-oyunlar verirəm, hər qrupunir
seçilmiş üzvü tapşırıq-oyunu cavablandırır. Şagirdlər
sualları cavablandırdıqdan sonra onlarla birgə cavabları ümumiləşdirib nəticə
çıxarırıq:
Çoxluq riyaziyyatın ilk riyazi
anlayışlarından biridir. O müxtəlif obyektlərin (kitabların, dəftərlərin,
qoyunların, atların, ulduzların, ədədlərin, fiqurların və s.) toplusudur.
Çoxluğu əmələ gətirən obyekt onun elementi
adlanır. Heç bir elementi olmayan çoxluğa boş çoxluq deyilir. Çoxluqlar sonlu və
sonsuz olaraq iki tipə ayrılır. Çoxluqlar üzərində müəyyən əməllər yerinə
yetirmək mümkündür, məsələn çoxluqların birləşməsi və kəsişməsi. İki çoxluqdan
heç olmasa birinə (və ya hər ikisinə) daxil olan elementlərdən təşkil olunmuş
çoxluğa bu çoxluqların birləşməsi deyilir. A
= {1, 2, 3, 4, 5, 6} və B = {4, 5, 7, 8} çoxluqlarının birləşməsi A U B = {1,
2, 3, 4, 5, 6, 7, 8} çoxluğudur (U-birləşmə işarəsidir). İki çoxluğun ortaq elementlərindən təşkil
olunmuş çoxluğa bu çoxluqların kəsişməsi deyilir. A = {a, ı, o, u} – qalın
saitlər və B = {o, ö, u, ü} – dodaqlanan saitlər çoxluqlarının ortaq
elementlərindən təşkil olunmuş C = {o, u} çoxluğuna A və B çoxluqlarının kəsişməsi
deyilir, C = A ∩ B kimi yazılır.
Yaradıcı tətbiqetmə:
Qruplara yenidən elektron tapşırıq verirəm.
Qiymətləndirmə: Qrupların fəaliyyətini qiymətləndirmək üçün həm mövzu ilə bağlı, həm də ümumi meyarlar əks olunmuş qiymətləndirmə
cədvəlindən istifadə edirəm
Qruplar
|
Çoxluq anlayışını şərh etmə
|
Müxtəlif elementli çoxluğa aid nümunə göstərmə
|
Sonlu və sonsuz çoxluğu fərqləndirmə
|
Çoxluqlarını birləşmə və kəsişməsini müəyyən etmə
|
Qrupdaxili əməkdaşlıq etmə
|
Kompyuterdə tapşırıqları düzgün və vaxtında yerinə yetirmə
|
I qrup
|
||||||
II qrup
|
||||||
III qrup
|
||||||
IV qrup
|
İnformatika fənn kurikulumuna uyğun dərs nümunəsi
Fazilova İlahə
Riyaziyyat
– İnformatika müəllimi
Təhsil ölkənin beynəlxalq aləmdə rolunu
müəyyən edən əsas
amillərdən biridir. Cəmiyyətin müasir inkişaf
mərhələsi təhsil prinsiplərini
dövrün tələbinə uyğun olmasını
tələb edir. Təhsil prosesində şagirdlərə bilikləri mənimsətmək tələbi ənənəvi təhsilin
təzahürü olaraq, müasir təhsil prinsiplərinə
və tələblərinə uymur. Müasir insan biliklərə malik olmaqla yanaşı, həmin biliklərin
həyatda tətbiqi bacarığına yiyələnməli , öyrənmə bacarığının müxtəlif vasitələrindən
istifadə edərək cəmiyyətdə özünə lazım olan informasiyaları müstəqil əldə etməyi
bacarmalı, qazanılmış informasiyaları düzgün istifadə vərdişlərinə sahib olmaldır.
Dünya təhsilində yeni prinsiplərin yaradılması yolları ilə tanışlıq, bu prinsiplərin
dünyanın inkişaf etmiş ölkələrinin təhsil
sistemində uğurlu praktiki əksini tapması
və dünya təhsil sisteminə inteqrasiya artiq
bizim də təhsil sistemimizdə müəyyən dəyişikliklərin zəruriliyini tələb etdi. XXI
əsrin tələbinə uyğun şəxsiyyət yetişdirmək üçün, tələb olunan bilik, bacarıq, vərdiş,
dəyər və keyfiyyətlərin siyahısı 2006-ci
ildə Avropa Şurası tərəfindən «Kompetensiya» adı altında tərtib olunmuşdur. İKT-nin
təhsilə tətbiqi, Müasir Kurikulum islahatı və bir çox təhsil islahatlarının əsas
məqsədi şagirdlərdə məktəb dövründən başlayaraq bir çox bilik, bacarıq və vərdişləri
formalaşdırmaqdır. Artıq müasir Azərbaycan məktəblərində İKT-dən istifadə bacarığı digər fənnlərin mənimsədilməsi yolunda alətə çevrilmişdir.
Təhsil sistemində baş verən bu dəyişikliklər, İKT-nin sürətli inkişafı İnformatika
fənninə ənənəvi yanaşmanı dəyişmişdir və İnformatika fənninin tədrisi metodikası
artiq yeni mərhələyə qədəm basmışdır. İnformatika fənninin əsas məqsədlərindən biri
fənni müasir informasiya cəmiyyətinin tələblərinə uyğun tədris etməkdir. Müasir
Kurikulum tətbiq olunan siniflərdə İnformatika
fənninin Fəal (interaktiv) təlimlə tədrisi təlim prosesini şagirdlərin marağına
uyğun qurmağa xidmət edir. İnformatika fənnini tədris edən müəllim - qarşısında
duran vəzifələri yerinə yetirməsi, fənin məqsədiniə nail olması və nəinki bu günün,
hətta sabahın da tələblərinə cavab verən şəxsiyyət formalaşdırması üçün hər günün planlaşdırmasını düzgün qurmalıdır.
Mövzuya uyğun düzgün seçilmiş təlim üsulları, iş formaları və tənqidi, məntiqi,
yaradıcı təfəkkürün inkişafına yönəldilmiş iş vərəqləri şagirdlərin təlim nəticələrinə
daha tez çatmalarına imkan yaradacaq. Bu məqsədlə də hazırladığım İnformatika fənninin
Müasir Kurikulumla tədrisinə uyğun dərs nümunəsini təqdim edirəm. Unutmayaq ki,
təhsil millətin və dövlətin gücünün göstəricisidir.
Kompyuter necə işləyir.
Standartlar: 3.1.1. Fərdi kompyuterlərin təsnifatını şərh
edir.
3.1.2. Kompyuterin əməliyyat
sistemlərinə dair sadə anlayışları izah edir.
Dərsin məqsədləri:
·
Fərdi kompyuterlərin əsas və əlavə qurğularını
tanıyır.
·
Fərdi komppyuterlərin əsas və əlavə qurğularının vəzifələrini dəqiq şərh
edir.
·
Kompyuterin gündəlik həyatımızdakı rolunu izah edir.
·
Aparat və proqram təminatının əhəmiyyətini şərh edir.
·
Əməliyyat sistemlərinin əsas funksiyalarına dair biliklərini nümayiş
etdirir.
İnteqrasiya: H.b-4.2.1,
4.2.2
İş forması: Kiçik
qruplarla iş
Üsullar: Anlayışın çıxarılması, Venn diaqramı, müzakirə, rollu oyun
Resurslar və təchizat: İnformatika 5-ci sinif dərsliyi,
kompyuterlər, iş vərəqləri, www.ilkaddimlar.az.com
Dərsin mərhələləri
Anlayışın çıxarılması metodundan istifadə edərək PowerPointdə hazırladığım
təqdimatı göstərirəm və şagirdlərə müxtəlif təqdimatda qeyd olunmuş fikirləri səsləndirirəm.
1.
Həyatınızın
hər sahəsində varam.
2. Mən
sizin kimi hesablamağı bacarıram.
3. Mənim
beynim var, sizin kimi düşünürəm və yadda saxlayıram.
4. Mən sizin dünyaya pəncərənizəm.
5. Yazıram, pozuram, şəkil çəkirəm.
6. 104
barmağım var, pianoya oxşayıram.
7. Mən
həm də mahnı oxuyuram.
Sonra şagirdlərə sual verirəm:
- Bütün bu funksiyalarını yerinə yetirən sizdən soruşur
«Mən kiməm?»
Şagirdlərin fikrini dinləyirəm və mövzununun adını
elan edirəm.
Tədqiqat sualı:
Kompyuterin hansı hissələri var və onlar bir-biri ilə necə əlaqədə olurlar? Kompyuterin
işləməsi üçün nə lazımdır?
Tədqiqatın aparılması: Şagirdləri üzərində
“sistem-blok”, “monitor”, “klaviatura” ,
“printer”, “skaner” yazılmış kartlar paylayaraq, püşkatma yolu ilə 5 qrupa
bölürəm və hər qrupa tapşırıq verirəm.
I qrup
|
|
II qrup
Təsvirləri verilmiş kompyuter hissələri
içərisindən
kompyuterin əsas və əlavə hissələrini tapın,
cədvəlin müvafiq
yerində yazın.
III qrup
İnsan və kompyuterin informasiya
prosesləri ilə iş prinsipləri arasında olan oxşar və fərqli cəhətləri Venn diaqramında
yazın.
IV qrup
Təsvirlər içərisindən Windows əməliyyat
sitemində
işləyərkən hansı simgələrə rast gəlmisinizsə onları seçin
və onlardan
hansı məqsədlə istifadə olundugunu yazın.
V qrup
Təsviri verilmiş obyektlər içərisindən xüsusi proqramla
işləyən obyektləri işarələyin və fikirlərinizi izah edin.
Məlumat mübadiləsi: Hər qrup öz işini təqdim edir,qruplar bir-birlərinin işlərinə münasibət bildirirlər.
Məlumatın müzakirəsi: Müzakirə
üçün şagirdlərə müxtəlif suallar verirəm,
- Kompyuterin hissələrindən biri işləməzsə nə baş
verər?
- Kompyuterin hissələri necə idarə olunur?
- Kompyuterin əsas hissələri hansı funksiyaları yerinə
yetirir?
- Kompyuterin əlavə hissələrinin funksiyaları
hansılardır?
- İnformasiyanın emalı prosesi kompyuterdə necə baş
verir?
Nəticələrin çıxarılması:
Şagirdlərə tədqiqat sualını əhatə edən suallar verirəm:
- Siz kompyuter proqramlarının hansında işləmisiniz?
- Kompyuter necə olur ki, sizi başa düşür və
«dediyinizi» yerinə yetirir?
Şagirdlər sualları cavablandırdıqdan sonra onlarla
birgə cavabları ümumiləşdirib nəticə çıxarırıq:
- Bilirik ki , hər bir mürəkkəb obyekt müxtəlif hissələrdən ibarət olur. Hər bir mürəkkəb
obyekt kimi kompyuter də müxtəlif hissələrdən ibarətdir. Kompyuteri təşkil edən
bu hissələrə - aparat təminatı deyilir. Kompyuterin tərkib hissələrinin
bir-biri ilə qarşılıqlı olaraq işləməsi və müəyyən funksiyaları yerinə yetirməsi
üçün, kompyuterə onun anlaya biləcəyi dildə göstərişlər toplusu vermək lazımdır. Kompyuterin anlaya biləcəyi
bu göstərişlər toplusuna – proqram təminatı deyilir.
Kompyuterdə çoxlu sayda proqramlar var. Bu
proqramların köməyi ilə şəkillər çəkmək, şəkillər üzərində dəyişikliklər yerinə
yetirmək, mətnlər yazmaq, cədvəllər qurmaq və onlar üzərində istənilən hesab əməllərini
aparmaq, musiqiyə qulaq asmaq, oyunlar oynamaq və sairə olar. Elə bir proqram
var ki, o yuxarıda adları sadalanan işlərin icrasında lazım olan proqramların
işinə və kompyutrerin qurgularının qarşılıqlı işləməsinə nəzarət edir. Bu
proqram - əməliyyat sistemidir. Əməliyyat
sistemi kompyuterin başlıca proqramıdır. O olmasa kompyuter işə düşməz, çünki o
kompyuterin bütün işini idarə edir.
Fərdi kompyuterlər əsasən Windows əməliyyat sistemi ilə
işləyir. Windows əməliyyat sistemindən başqa başqa əməliyyat sistemləri də
vardır. Məsələn, Linux, Android və sairə.
Yaradıcı tətbietmə:
Rollu oyun metodundan istifadə edirəm, kompyuterin
qurğularına aid rolları şagirdlər arasında paylayıram. Tapşırıram, “fərz edək ki, bizə 2 cümlədən ibarət mətni yazmaq və çap
etmək tapşırılıb, gəlin bu prosesi praktik olaraq ifa edək”. Üzərində kiçik mətn yazılmış vərəqi oxuyuram və
tapşırıram ki, həmin mətni mətn redaktorunda yığarkən baş verən işlər ardıcıllığını
səhnələşdirərək göstərsinlər. (Bu proses şagirdlərdə mətnin yazılaraq çap edilməsinə
uyğun əyani fikir formalaşdlracaq, eyni zamanda prosesin düzgün alqoritmini
tapmağa çalışacaqlar, oyun xarakterli olduğuna görə də maraqlarına səbəb
olacaq.
Ev tapşırığı:
Şagirdlərə tapşırıram ki, əməliyyat sistemləri
haqqında məlumat toplayın və əməliyyat
sistemlərini Windows əməliyyat sistemi ilə müqayisə edin, araşdırdığınız məlumatlar
haqqında təqdimat hazırlayın.
Qiymətləndirmə:
Şagirdləri qiymətləndirmək üçün həm mövzu ilə
bağlı, həm də ümumi meyarlar əks olunmuş qiymətləndirmə cədvəlindən istifadə
edirəm.
Qruplar
|
Fərdi
kompyuterlərin aparat və proqram təminatını fərqləndirmə
|
Aparat
və proqram təminatına nümunə göstərmə
|
Kompyuterin
əsas hissələrini tanıma və onların vəzifələrini izah etmə
|
Əməliyyat
sistemini tanıma
|
I qrup
|
||||
II qrup
|
||||
III qrup
|
||||
IV qrup
|
||||
V qrup
|



















Комментариев нет:
Отправить комментарий