Öyrənərək öyrədək.
Hər dövrün özünəməxsus,
dəyişkən xüsusiyyətləri içərisində xüsusi yer tutan və gələcək nəslin yetişdirlilməsinə xidmət
edən – öyrənmə bacarıqlarının üzə çıxarılması və inkişafı, öyrənmə vasitələrinin hər dövrün tələbinə
uyğun və çeşidli
olması, öyrənmə üsullarının konstruktiv istiqamətlənməsi, fəal təlimin
mexanizmlərini özündə ehtiva etdirən
öyrənmə mühitinin yaradılması həmin dövr
üçün ən ümdə
məsələlərdən biridir. Bizim yaşadığımız müasir dövr
də müasir həyatda həm insana, həm də onun bilik, bacarıq və düşünmə
tərzinə öz tələblərini
qoyur. XXI əsr sürətlə inkişaf edən kompyuter texnologiyaları əsridir. Həyatın bütün sahələrində
tətbiq olunan və gündəlik yaşamın tərkib hissələrindən birinə çevrilən
kompyuter texnologiyaları XXI əsrin
əsas xüsusiyyətlərindən biri kimi təhsilin
inkişafına da öz təsirini
hiss etdirməkdədir. Azərbaycan təhsili
də daima inkişaf edir və müasir dövrdə texnologiyanın geniş imkanlarından
istifadə edən və
bol informasiya mühiti ilə əhatə
olunan bugünkü şagirdin diqqətini təlimə cəlb
etmək, marağını təmin etmək
üçün texnologiyanın tədris alətinə çevrilməsi və təlim
prosesində istifadəsi qaçılmaz
fakt kimi qarsimizda durur.
Uilyam
Fizerin «Təhsil və təlim
prosesi nəyi bilmək istədiyini
haradan əldə etmək
və əldə etdiyin məlumatdan həyat boyu faydalı
istifadə etmək bacarığıdır.» fikrində qeyd edildiyi
kimi təlim orta
və ali məktəbdə
təhsil anlayışı ilə hüdudlanmayan bir prosesdir və müasir dövrdə
müəllim şagirdlərinə yalnız oxumağı öyrətməli deyil, onları inkişafa yönəlmiş bir şəxsiyyət
kimi tərbiyə etməlidir, istiqamət verməlidir. Bütün bu
amilləri nəzərə alaraq təlim prosesini
faydalı və maraqlı etmək üçün şagirdlərin maraq dairələrinin
nəzərə
alınması
və bütün təlim
prosesinin
şagirdlərin
maraqlarına
uyğun olaraq qurulması şəxsiyyətyönümlü müasir dərsin tələbi
kimi qarşımızda durmaqdadır. Şagirdlərin maraq dairələrini nəzərə alaraq
İKT-dən müasir dərslərdə
tətbiq etməklə şagirdlərdə həvəs və maraq yaratmaq
mümkündür.
Bu yolda çalışan hər bir müəllimə uğurlar arzulayıram!

Комментариев нет:
Отправить комментарий